27.04.24 | Bakı 19.03° C |
10:04:43
Lent :

Bayden Baltimordakı insidentdən danışdı: "Heç bir əsasımız yoxdur..."

23:00 26.03.2024
GÜNDƏM
ads

"Baltimorda Frensis Skott Key şossesi körpüsü qəsdən hərəkətə görə deyil, dəhşətli qəza nəticəsində dağılıb".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Hazırda bunun qəsdən bir hərəkət olduğuna inanmaq üçün heç bir əlamətimiz, heç bir əsasımız yoxdur... bütün əlamətlər bunun dəhşətli bir qəza olduğunu göstərir", - Ağ Evdə çıxış edən Bayden əlavə edib.

Bundan əvvəl Merilend ştatının qubernatoru Ues Mur bildirib ki, Baltimorda körpüyə çırpılan Dali gəmisinin ekipajı vaxtında qəza siqnalı göndərib və bu, yerli hakimiyyət orqanlarına nəqliyyat infrastrukturu obyektinin girişini bağlamağa və insanların həyatını xilas etməyə imkan verib.

Baltimordakı Francis Scott Key körpüsü Dali konteyner gəmisinin dayağına çırpılması nəticəsində çöküb. Bu zaman körpünün üstündən traktor da daxil olmaqla çox sayda maşın keçib.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az