"Bir uşağı böyüdəndən sonra ikinci uşaq olmur. Oğlum Emil balaca olanda ikinci uşaq haqda fikirləşməli idim. Amma başım konsertə, toya qarışdı. Bunu etiraf edirəm, həyatdakı ən böyük səhvimdir. Bir də ayıldım ki, gecdir".
QÜTB.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xatirə İslam "İncə səhər" verilişində deyib.
Müğənni ikinci dəfə ana ola bilməməsindən danışıb:
"Sonra qaldım həkimlərdə. Yaş da öz sözünü deyir. Bəzi şeylər var ki, cavanlıqda olmalıdır".