05.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Bakıda saxlanılan ruslar ailə üzvləri ilə görüşüdü

05 sen 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüb.

Bu barədə Qutb.az-a Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə bu məsələ Milli preventiv qrupun nümayəndələrinin nəzərində saxlanılır.

“Bu qrup onların ailə üzvlərini aparatda qəbul edir, daxil olan müraciətlərə vaxtında və qanunvericilik çərçivəsində baxılır və icazə verilir, lazım olduqda yardım göstərilir. Onların yaxınları ilə növbəti görüşü bu günlərdə keçirilib”, - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından bildirilib.

Qeyd edək ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İyulun 1-də isə Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur