Paytaxtın Nəsimi rayonunda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.