“Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, Azərbaycan televiziyasının (AzTV) solisti müğənni Emiliya Yaqubova yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib.
Publika.az xəbər verir ki, sənətçi qara rəngli sinə dekolteli libasda obyektiv qarşısına keçib.
Yaqubova ağlı-qaralı fotosessiyası üçün cazibədar pozlar verib. Şəkillərini sosial şəbəkə hesabında yayımlayan Emiliya ingilis dilində “Qadın” şərhini yazıb.
Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb.