10.04.25 | Bakı 11.03° C |
20:37:56
Lent :

Azərbaycanlı kriminal avtoritet ABŞ-a ekstradisiya olundu

22 fev 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Ötən il Çexiyada saxlanılan azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-yə ekstradisiya olunub.

Publika.az
“Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Çexiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Polad Ömərov çərşənbə günü səhər Praqa Vatslav Havel hava limanında ABŞ-nin səlahiyyətli nümayəndələrinə təhvil verilib.

Ömərov, Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətəndaşı olan və Nyu-Yorkun Bruklin şəhərində yaşayan İran hökumətini tənqid edən şəxsə qarşı Tehranın dəstəklədiyi sui-qəsd cəhdindəki rollarına görə kirayəlik adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Qeyd edək ki, ötən il Praqada saxlanılan Polad Ömərov eyni zamanda, Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov mərhum kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə tanınırdı.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur