Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
Publika.az "Unikal"a istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinə iddiaçı qismində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tanınıb.
Hakim Həbibə Miriyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.
Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.