29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycan, Rusiya və İran bu şəbəkəni birləşdirir: Kim qazanacaq?

22 apr 2024 14:00
GÜNDƏM
ads

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində layihə üzərində işlər yekunlaşmaq üzrədir və tezliklə icra mərhələsinə keçəcək. Bunu İranın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Mərkəzin direktoru Muctaba Əkbəri deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində belə bir imkan yaranacaq ki, İran ehtiyacı olduğu zaman elektrik idxal edəcək və elektrik istehlakı az olduğu zaman elektriki ixrac edəcək.

Bəs bu əməkdaşlıq Azərbaycan üçün hansı üstünlüklər yaradır?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, enerji üzrə ekspert Şahmar Hacıyev bu barədə Publika.az-a açıqlama verib.

O qeyd edib ki, elektrik şəbəkələrinin birləşdirilməsi hər üç ölkə üçün əlverişlidir:

“Belə ki, mövsümə uyğun olaraq ölkələr öz aralarında elektrik enerjisinin ixrac-idxalını həyata keçirə bilər. Bu da öz növbəsində enerji təhlükəsizliyinə töhfə verəcək. Ümumiyyətlə İranın Rusiya ilə elektrik şəbəkəsini birləşdirməsinin ən əlverişli yolu Azərbaycandır. Bütün bunlar da Azərbaycanın regionda rolunu daha da artıracaq. Gürcüstan və Türkiyənin bu birləşməyə qoşulması üçün texniki cəhətdən şəbəkələr bir-biri ilə uyğunlaşmalıdır. Onsuz da Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq var”.

Xatırladaq ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bununla bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” şirkəti həyata keçirib.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur