Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.
Publika.az xəbər verir ki, paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.