02.05.24 | Bakı 17.03° C |
22:05:32
Lent :

Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA

15:54 19.04.2024
GÜNDƏM
ads
Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı barədə xəbər yayıldıqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) də eyni aqibəti yaşayacağı barədə şübhələr yaranıb.


Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur:


"Fransa-Azərbaycan Universiteti hazırda fəaliyyətini davam etdirir və bağlanması ilə bağlı hansısa bir müzakirə aparılmır”.


Xatırladaq ki, UFAZ-ın açılışı 15 sentyabr 2016-cı ildə baş tutub. Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.


Burada tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır.
Hazırda UFAZ-da dörd ixtisas tədris edilir: kimya mühəndisliyi, geofizika mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi.


UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.
TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az