17.05.24 | Bakı 13.03° C |
15:05:12
Lent :

Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər

21:00 02.05.2024
GÜNDƏM
ads

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla görüş keçirib.

Bu barədə Publika.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirlib ki, görüşdə Ombudsman Aparatında istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupu da iştirak edib.

Görüş zamanı Müvəkkil Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində sıx əlaqələrin mövcud olduğunu bildirib, iki qardaş ölkənin ombudsman təsisatlarının əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərdən bəhs edib.

Ombudsman Aparatda tələbələrin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib, onların təhsil dövründə hüquq sahəsində əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində istehsalat təcrübəsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil gənclərə onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət edən bu təcrübədən faydalanmalarını tövsiyə edib.

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ölkəmizə səfəri müddətində Azərbaycan Ombudsmanı ilə görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. O, eyni zamanda, tələbələrin Ombudsman təsisatında istehsalat təcrübəsi keçməsinin onların gələcək fəaliyyətlərindəki rolundan danışıb, gənclərə uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin və Bakı Avrasiya Universitetinin hüquqşünaslıq və sosial iş ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri müvafiq struktur bölmələrdə praktiki iş prosesinə cəlb olunacaq, Ombudsmanın insan hüquqlarının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və digər sahələrdəki fəaliyyəti ilə bağlı ətraflı məlumat veriləcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az