17.05.24 | Bakı 13.03° C |
15:05:27
Lent :

Britni Spirs nəhayət ərindən BOŞANDI

21:00 02.05.2024
GÜNDƏM
ads

Amerikalı müğənni Britni Spirs nəhayət həyat yoldaşı, məşqçi və model Sem Əsgəridən boşanıb.

Publika.az xəəbər verir ki, bu barədə TMZ yazır .

Keçmiş cütlük məhkəməyə boşanma üçün ümumi ərizə veriblər. Portalın məlumatına görə, hakim yaxın vaxtlarda ərizəni imzalamalıdır, bundan sonra nikah rəsmən pozulacaq.

Qeyd olunur ki, keçmiş sevgililər arasında nikah müqaviləsi bağlanıb, ona görə Əsgəri boşandıqdan sonra heç nə almayacaq.

Briti Spirs əvvəllər üzləşdiyi çətinliklər haqqında açıq danışmaq istədiyini söyləyib, lakin dediklərinin "lazımsız yerə təhqiredici" ola biləcəyini qeyd edib.

42 yaşlı Britni Spirs və 30 yaşlı Sem Əsgərinin boşanmaq istəmələri 2023-cü il avqustun ortalarında məlum olub. Boşanmanın səbəbi, Əsgərinin dediyinə görə, barışmaz fikir ayrılıqları olub.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az