“Leypsiq”in baş məşqçisi Marko Rouz Çempionlar Liqasının 1/8 finalında “Real”la ilk ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, Madrid klubu ilə görüşlə bağlı iddialı açıqlamalar verib:
“Biz “Real”dan qətiyyən qorxmuruq. Oyunu səbirsizliklə gözləyirik. Doğma stadionumuzda yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm və bu mövsüm qrup mərhələsində çox çalışdıq.
“Real” Avropanın ən güclü komandalarından biridir. Onlar olduqca yaxşı formadadırlar. Çempionlar Liqasında necə oynamağı və qazanmağı bilirlər. Onların keyfiyyətləri haqqında hər şeyi bilirik. Amma bizim də yaxşı komandamız var. Əlimizdən gələni edəcəyik və bu qarşıdurmaya müsbət notlarda başlamaq üçün imkanlar axtaracağıq”.
Qeyd edək ki, komandalar arasında görüş fevralın 13-də Leypsiqdə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.