30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Aynişan ağır depressiyada: "Düşə bildiyin qədər düş, gör nə olacaq"

19 fev 2024 20:00
GÜNDƏM
ads

Son zamanlar həvəssiz olduğumun fərqindəsiz yəqin. Bu sadəcə işimə deyil, hər şeyə qarşı olan yanaşmam idi. Açığı bir neçə dəfə özümü zornan həvəsə gətirməyə çalışmışam. Alınmayıb. Ruhən o qədər düşmüşdüm ki, hər həftə anlamsızca xəstələnməyə başladım. Məni artıq heç nə həyacanlandıra bilmirdi. Demək insanın həyacanı bitəndə, ölürmüş. Artıq səyahətlərim belə maraq qatmırdı həyatıma. Səyahəti dayandırdım.

Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı, influenser Aynişan Quliyeva instaqramda yazıb. Bir müddətdir depressiyadan əziyyət çəkdiyini deyən ifaçı bu vəziyyətin səhhətinə də pis təsir etdiyini qeyd edib.

"Uzun zaman özümü dinləməyə başladım. Dedim düş....düşə bildiyin qədər düş gör nə olacaq. Dibə get...lap dərinə toxun. Toxundum. Və bu gün....çamodanımı toplamışam. Gedirəm. Yaxşıyam? Bilmirəm. Amma dibdə qalmaq istəmədiyimi anladım. Xoşuma gəlmədi. Bu səfərim istəyirəm unutduğum həyacanımı mənə xatırlatsın", - məşhur qeyd edib və Milana getdiyini açıqlayıb.

Aynişan uzun müddətdir depressiyada olsa da, Milandan ona gələn iş təklifinə çox sevindiyini gizlətməyib:

"İşlə bağlı gəlmişəm, bu işi 2 ildir arzu edirdim. Düşünürdüm ki, bir gün məni dəvət edəcəklər, bir gün burda olacam və xüsusi dəvət olunacam. Bir neçə gün əvvəl mənə Milan Moda Həftəsində fəşn bloger kimi iştirak etmək təklifi gəldi. Çox həyəcanlıyam, sırf bu təklif və bura gəlmək məni çox həyəcanlandırır", - Aynişan bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur