Yunanıstanın Şimali Egey bölgəsindəki şəhərlər Avropa İttifaqının ən yoxsul bölgəsini təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə "Eurostat" araşdırma aparıb. Məlumatlar Yunanıstanın "To Vima" nəşrində dərc olunub.
Məlumata görə, Qərbi Frakiyanın daxil olduğu Şimali Egey bölgəsi hesabata daxil edilən 242 Avropa bölgəsi arasında sondan 3-cü yerdə qərarlaşaraq, Aİ-də adambaşına düşən ÜDM-nin ən aşağı olduğu bölgələrdən biri hesab olunub.
Məlumatlar göstərir ki, Portuqaliya adambaşına düşən ÜDM artımına görə ilk iki yerdədir. Ən yüksək artım qeydə alınan bölgə Alqarve olub. İlk üç yeri İrlandiyanın cənub bölgəsi tamamlayıb, üçüncü yeri İspaniyanın İlles Balears və dördüncü yeri Belçikanın Brabant Vallon əyaləti tutub.
Açıqlanan məlumatlar ölkənin ümumilikdə 2022-ci ildə fərdi istehlakda mənfi yer tutduğunu, siyahıda 25-ci yerdə olduğunu göstərir.
Roza