28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Avropada daşqınlar 6 nəfərin həyatına SON QOYDU

15 sen 2024 23:00
GÜNDƏM
ads
Advertisement

Bir sıra Avropa ölkələrində “Boris” siklonunun yaratdığı daşqınlar nəticəsində biri yanğınsöndürən də daxil olmaqla azı 6 nəfər ölüb.

QÜTB.AZ DW-yə istinadla xəbər verir ki, hadisə nəticəsində daha dörd nəfər itkin düşüb.

Siklon Polşa, Çexiya, Rumıniya və Moldovanın ərazilərinə təsir edib. Avstriyada, Aşağı Avstriya federal əyalətində yanğınsöndürən daşqının nəticələrini aradan qaldırarkən həlak olub. Bölgənin qubernatoru Yohanna Mikl-Leitner bildirib ki, zərərçəkənlərə kömək etmək üçün ordu cəlb edilməlidir.

Ötən gün Rumıniyanın Moldova ilə sərhədə yaxın Qalati şəhərində sel 4 nəfərin həyatına son qoyub. Ölənlər arasında əsasən qocalar olub. Güclü yağış suyun səviyyəsinin xeyli qalxmasına, 1,7 metrə çatmasına səbəb olub və yerli sakinlər evlərin çıxmağa məcbur olub.

“Boris” siklonu Macarıstan, Slovakiya və Almaniyanı da əhatə etməklə Avropadan keçməyə davam edir. Bavariyada 100 mm-ə qədər yağış, Alp dağlarında isə güclü qar yağacağı gözlənilir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur