Afrika fillərinin adlara bənzər xüsusi səslər çıxararaq bir-birlərinə müraciət etdikləri müəyyən edilib.
Publika.az xəbər verir ki, tədqiqatçılar 1986-2022-ci illər ərzində Keniyadakı “Amboseli” Milli Parkı və “Buffalo Springs” Milli Qoruğunda fillərin çıxardığı 469 fərqli səsi araşdırıblar.
Fillərin səslərini qeydə alan tədqiqatçılar bu səslərin akustik quruluşunun heyvanların çağırılmasından asılı olaraq dəyişdiyini müəyyən ediblər. Özlərinə müraciət edilərkən istifadə edilən səsləri eşidən fillərin digər fillərə səslənəndən daha sürətli və daha yüksək səslə cavab verdiyi müşahidə edilib.
Araşdırma "Nature Ecology and Evolution" jurnalında dərc olunub.
Roza