Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi plazma buludunun Yerə çırpılması səbəbilə 24 yanvarda maqnit qasırğası gözlənilir.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, cümə günü, günün ikinci yarısında qasırğanın baş verməsi proqnozlaşdırılır.
Qasırğa G2 səviyyəsində olacaq. Bundan əlavə, qütb parıltılarının müşahidə olunma ehtimalı var.