“Atlantik hegemonluqdan” xilas olmaq üçün Türkiyə BRİKS-ə üzv olmaq üçün tez bir zamanda müraciət etməlidir.
Publika.az xəbər verir ki, bu barədə Vətən Partiyasının sədr müavini Hakan Topkurulu bildirib.
“Türkiyə BRİKS-ə qoşulmaq üçün ən qısa zamanda müraciət etməlidir, dünya xarici ticarət sistemi BRİKS vasitəsilə Atlantikanın hegemonluğundan qurtulmalıdır”.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin BRİKS-ə üzv olmaq niyyətini ifadə edərək, bu təşkilatın əhəmiyyətini qeyd edib.
Cəmilə