Çərşənbə günü Almaniyanın Münhen hava limanında gömrük nəzarətindən keçərkən bahalı saata görə saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Bild” öz mənbələrinə istinadən yazıb.
“Arnold Şvartsenegger hazırda Münhen hava limanında həbsdədir”, - nəşr yazıb.
Onun Avstriyada keçiriləcək Dünya İqlim Sammitinə getmək üçün Münhenə uçduğu bildirilir.
O, İsveçrənin “Audemars Piguet” şirkətinin dəbdəbəli qol saatı taxıb.
Şvartseneggerin özü onları hərracda satmaq niyyətində olduğunu iddia edib.