ABŞ və Niger Amerika qoşunlarının bu Afrika ölkəsindən çıxarılması üçün plan hazırlamağa başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" nəşri ABŞ Dövlət Departamentinə istinadən bildirib.
"Nigerin baş naziri Əli Lamine Zein və ABŞ dövlət katibinin müavini Kurt Kempbell hər iki ölkənin ABŞ qoşunlarının çıxarılmasını planlaşdırmağa başlayacağı barədə razılığa gəliblər", - deyə bildirilib.
Amerika qoşunlarının Nigerdən çıxarılmasının vaxtı ilə bağlı hələlik məlumat yoxdur. Yaxın günlərdə ABŞ və Niger arasında bu istiqamətdə gələcək addımlar üzrə danışıqlara başlanacağı gözlənilir.