“Apple” Avropa İttifaqı (Aİ) qanunvericiliyindəki "tənzimləyici qeyri-müəyyənliklər" səbəbindən bu il bəzi xüsusiyyətləri, o cümlədən süni intellekt texnologiyası "Apple Intelligence"ı Aİ-də təqdim edə bilməyəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Apple” təqdim edilən yeni funksiyalardan üçünün, yəni iPhone aynası, SharePlay ekran paylaşımı təkmilləşdirmələri və “Apple Intelligence” bu il Aİ istifadəçiləri üçün əlçatan olmayacağını bildirib.
Açıqlamada DMA-nın bəzi tələblərinin “Apple” məhsullarının bütövlüyünü poza, istifadəçi məxfiliyinə və məlumat təhlükəsizliyinə xələl gətirə biləcəyi ilə bağlı narahatlıqların olduğu qeyd olunub.
Bundan əlavə, “Apple”ın bəyanatında Avropa Komissiyası ilə təhlükəsizliklərini pozmadan bu xüsusiyyətləri AB müştərilərinə təqdim etmələrini təmin edəcək bir həll yolu tapmaq üçün əməkdaşlıq etməkdə qərarlı olduğu vurğulanıb.
Aysel Şahmar