29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ANS-də “yarpaq tökümü”

17 iyn 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Xəbər veridiyimiz kimi, "Baku TV"nin redaktoru, ANS-in keçmiş əməkdaşı Sərxan Kamallı ötən gecə dünyasını dəyişib. Mərhumun beyindaxili qansızma nəticəsində vəfat etdiyi bildirilir.

Publika.az yenisabah.az-a istinadən xəbər verir ki, Sərxan Kamallının qəfil ölümü diqqəti onun əvvəlki iş yerinə - Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-ə yönəldib.

Qeyd edək ki, bununla ötən bir il ərzində dünyasınıl dəyişmiş ANS-çilərin sayı 3-ə çatdı. SEO Nədir

Xatırladaq ki, son bir ildə ANS-də "yarpaq tökümü" tanınmış televiziya aparıcısı Natavan Babayeva ilə başlayıb. Ulduzu ANS-də parlayan Natavan Babayeva, ötən il iyulunda, 46 yaşında dünyasını dəyişib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət Televiziyası olub.

Ötən bir ildə dünyasını dəyişən keçmiş ANS-çilərin arasında mərhum millət vəkili Qənirə Paşayeva da var. O, 28 sentyabr 2023-cü ildə, 48 yaşında, Bakı şəhərində vəfat edib. Qənirə Paşayeva 1998-2005-ci illərdə ANS-də müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb.

Sərxan Kamallı Azərbaycan jurnalistikasının son bir ildə itirdiyi üçüncü ANS-çidir. Onun jurnalist kimi püxtələşdiyi dövr, ANS-in populyar olduğu illərə təsadüf edir.

Mərhumun sonuncu iş yeri, "Baku TV" olub.

Qeyd edək ki, hər üç jurnalist 50 yaşını tamamlamadan həyatla vidalaşıb.

Allah rəhmət eləsin!


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur