Təbiətin ən gözəl çiçəklərindən biri olan çobanyastığı sağlamlığımız üçün də çox faydalıdır.
Publika.az xəbər verir ki, may-iyun aylarında çiçək açan bu bitkinin potensialı yığılma və qurutma şəraitindən asılı olaraq dəyişir.
Çobanyastığı çiçəkləri günorta saatlarında sapsız yığıldıqdan sonra kölgədə qurudulmalıdır. Lakin bu mühüm bitkinin toplanması və qurudulması şərtləri nəzərə alınmazsa, təsiri azala bilər. Məsələn, çobanyastığı çiçəklərini yığıldıqdan bir il sonra istifadə etməyin heç bir faydası olmayacaq.
Çobanyastığı bitkisı mədə-bağırsaq sistemi spazmları, qaz, həzmsizlik və şişkinlik kimi pozğunluqlara qarşı təsirli təbii vasitədir.
Çobanyastığı çayı iltihab əleyhinə xüsusiyyətləri ilə yanaşı, allergiyanın qarşısının alınmasında da rol oynayır. Mikrobların inkişafının qarşısını alaraq immunitet sistemini gücləndirir.
Dərinin təmizlənməsindən sızanaqların qarşısının alınmasına qədər çobanyastığı bitkisı çox faydalıdır. Yatmazdan əvvəl qəbul etdikdə sinir sistemini sakitləşdirir.
Çobanyastığı çayı bağırsaq sindromu, həzmsizlik, qaz, ishal və kolik əlamətləri azaltmaq qabiliyyəti ilə həzm sisteminə kömək edir.
Qadınlarda menstrual sancıları azaldır. Qastrit və xora kimi həzm sistemi problemlərinə qarşı istifadə olunur.
Qarqara kimi istifadə edildikdə, faringit, tonzillit, laringit, ağız və boğaz selikli qişasının iltihabını aradan qaldırır.
İstifadə qaydası:
1 stəkan qaynar suya 1 çay qaşığı çobanyastığı gülünü əlavə edib 5-10 dəqiqə dəmləyin. Gündə 3-4 dəfə yeməkdən sonra içə bilərsiniz. Təsirini itirməməsi üçün onu qaynatmadan hazırlamaq vacibdir.
Ağız qarqarası kimi istifadə edildikdə bir stəkana 2-3 çay qaşığı çobanyastığı çiçəyi və yarım stəkan təzə qaynadılmış su əlavə edib 5-10 dəqiqə dəmləyib, ağız qarqarası kimi istifadə edə bilərsiniz.
Gülnar