Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.
Publika.az xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.
Bəyanatda deyilir ki, Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbilə mayın 14-də İrana qarşı başladılan sanksiyalar 27 iyul 2025-ci ilədək tətbiq ediləcək.
Müddətin uzadılması qərarına il ərzində bir daha baxılacaq.
Qeyd edək ki, sözügedən sanksiyalar paketi 12 şəxs və 9 təşkilata şamil edilib. Buraya aktivlərin dondurulması, siyahıya alınmış şəxslərə və təşkilatlara birbaşa və ya dolayı yolla iqtisadi gəlirlərin təmin edilməsi və Aİ-yə üzv olan ölkələrə səfərlərin qadağan edilməsi daxildir.