Kanadalı müğənni Selin Dion sərt əzələ sindromu ilə mübarizə aparmağın heç də asan olmadığını deyib.
Publika.az xəbər verir ki, dünya şöhrətli müğənni özünün instaqram hesabında bu xəstəliyi həyatının ən vacib sınaqlarından biri adlandırıb.
Müğənni deyib ki, 2022-ci ildə ona şiddətli ağrı ilə müşayiət olunan daimi spazmlarla xarakterizə olunan əzələ sərtliyi sindromu diaqnozu qoyulub: "Bu xəstəliyin öhdəsindən gəlmək həyatımın ən çətin problemlərindən biri oldu. Lakin mən əminəm ki, bir gün səhnəyə qayıdacağam və mümkün qədər normal bir həyat sürəcəyəm".
Selin Dion sindromdan əziyyət çəkən digər insanlara dəstəyini belə ifadə edib: “Bil ki, uğur qazanacaqsan! Biz bunu edə bilərik!"
Cəmilə