Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.
Publika.az xəbər verir ki, Barbados administrasiyası Fələstini dövlət kimi tanımaq qərarına gəlib.
Yamayka Xarici İşlər naziri Kamina Conson Smit bildirib ki, Yamayka İsrail-Fələstin arasında uzun müddətdir davam edən münaqişəni həll etmək üçün belə bir cəhd edib:
“Nazirlər Şurasının dünən keçirilən iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəldik. Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam edirik. Tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırırıq”, - nazir deyib.
Aysel Şahmar