29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kremldən ŞOK AÇIQLAMA: "ABŞ-ın bu qərarı Ukraynanı daha da məhv edəcək"

20 apr 2024 19:00
GÜNDƏM
ads

"ABŞ Nümayəndələr Palatasının Kiyevə yardım göstərmək qərarı ABŞ-ı daha da zənginləşdirəcək və Ukraynanı daha da yoxsullaşdıracaq".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin qərarı proqnozlaşdırılan idi. O, həmçinin bildirib ki, Ağ Ev dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə görə cavab verməli olacaq.

“Bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da məhv edəcək, Kiyev rejiminin günahı ucbatından daha çox ukraynalının ölümünə səbəb olacaq”, - o qeyd edib.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollar dəyərində əlavə yardım layihəsini qəbul edib.

Qanun layihəsini 311 konqresmen dəstəkləyib, daha 112 nəfər əleyhinə çıxıb.

Həmçinin, Birləşmiş Ştatlar Konqresi şənbə günü planlaşdırılmamış iclasında Ukraynanın xeyrinə Rusiya aktivlərinin müsadirəsi haqqında qanun layihəsini qəbul edib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur