20-21 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən, borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.