18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

NATO-dan sürpriz Türkiyə paylaşımı

04 fev 2025 11:00
DÜNYA
ads

NATO Dəniz Komandanlığı Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Aralıq dənizində həyata keçirilən “Sea Guardian” əməliyyatından sürpriz görüntü paylaşıb.

QÜTB.AZ xəbər verir ki, “TCG Salihreis” freqatının göyərtəsindən paylaşılan görüntüdə Türk Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin gəminin yanından keçdiyi anlar yer alıb.

“TCG Salihreis (F 246) NATO Müttəfiq Dəniz Komandanlığının Aralıq dənizində Dəniz Mühafizəsi əməliyyatı çərçivəsində Türk hava elementi ilə Hava-Dəniz Koordinasiya əməliyyatları həyata keçirib.

Dəniz Təhlükəsizliyi Əməliyyatları qarşılıqlı fəaliyyət vasitəsilə dənizdə vəziyyətlə bağlı məlumatlılığı qorumaq, terrorizmin qarşısını almaq və ona qarşı mübarizə aparmaq və potensialın gücləndirilməsi, qarşılıqlı faydaları təşviq etmək üçün keçirilir”, - deyə NATO-nun paylaşımında bildirilib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur