Şimali Atlantika Alyansı bütün rəsmi vədlərə baxmayaraq, Ukraynanı birliyə qəbul etməyəcək.
Publika.az xəbər verir ki, "Newsweek" jurnalının köşə yazarı Daniel Depetris məqaləsində şübhələrini bölüşüb.
“NATO-nun qapılarının yeni üzvlər üçün açıq olması ilə bağlı bütün rəsmi bəyanatlara baxmayaraq, alyansın Ukraynanın onun sıralarına qoşulmasını istəmədiyi indidən tam aydındır”, - deyə o yazıb.
Depetrisin sözlərinə görə, Moskva blokun əsas düşməni olduğu üçün alyans Ukrayna Silahlı Qüvvələrini Rusiya ilə döyüşmək üçün silah və pulla təmin etməyə hazırdır. Lakin NATO Ukrayna məsələsində Rusiya ilə birbaşa qarşıdurmaya hazır deyil.
O vurğulayıb ki, Qərb liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin qulağına nə qədər şirin sözlər pıçıldasalar da, Ukrayna NATO-ya üzv olmaq üçün əbədi gözləməyə davam edəcək.
Adəm Abbaslı