ABŞ-ın “Foreign Affairs” jurnalında dərc olunan məqalədə Türkiyənin Qərblə münasibətlərinin yenidən yaxınlaşdığı bildirilib.
Publika.az xəbər verir ki, Soner Çağaptayın yazdığı məqalədə, son inkişafların Türkiyənin NATO müttəfiqləri və ABŞ ilə yaxınlaşması ilə bağlı olduğu vurğulanıb.
Bildirilir ki, əslində, Türkiyə daha geniş sahədə təsirli olmağı hədəfləyir. Təhlildə Türkiyənin təkcə Qərbdə deyil, bütün istiqamətlərdə aktiv siyasət yürütdüyü qeyd olunub.
Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi olduğu, Cənubi Qafqazda fəal rol oynadığı xatırladılıb. Müəllif Ankaranın Afrika, Balkanlar və Qafqazda öz gücünü göstərdiyini, ABŞ-ın hazırda Türkiyəyə boyun əydiyini yazıb.
Roza Şəfi