Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Amerika Birləşmiş Ştatları başqa ölkələrdə müharibələrə başlamağı dayandırmalı və diqqətini daxili siyasətə yönəltməlidir.
Publika.az xəbər verir ki, Duqlas bu barədə sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, hazırda Amerika hakimiyyəti xaricdə müharibə aparmağı dayandırmalıdır, çünki düşmən ölkə daxilindədir.
"Biz indi ölkə daxilində olan daha ciddi təhlükə ilə üz-üzəyik" Makqreqor deyib.
O, aydınlaşdırıb ki, Amerika xalqının əsl düşməninin başında ABŞ dayanır və ölkələri bataqlığa sürükləyir. Onun fikrincə, ABŞ-ın əsl düşməni Vaşinqtondadır.
Trual