27.04.24 | Bakı 20.03° C |
21:04:35
Lent :

80 yaşlı milyonçu bütün sərvətini tibb bacısına bağışladı: qohumları etiraz edir

12:00 28.03.2024
GÜNDƏM
ads

İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan aristokrat 5 milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edib və yaxınlarını mirassız qoyub.

Publika.az xəbər verir ki, bu barədə "L'Adige" yazıb.

Zadəgan ailənin nəslindən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib. O, evli olmadığı üçün birbaşa varis təyin etməyib. 80 yaşlı milyonçu bütün əmlakını, o cümlədən mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı pulları ona baxan tibb bacısına vəsiyyət edib.

Vəsiyyətnamə açıqlandıqdan sonra qadının yaxınları vəkillə əlaqə saxlayıb və prokurorluğa şikayət ediblər. Onların sözlərinə görə, tibb bacısı Mafattinin aciz vəziyyətindən istifadə edərək vəsiyyəti onun xeyrinə düzəldib. İstintaq zamanı prokurorluq mirası dondurub.

Cəmilə


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az