10.05.24 | Bakı 14.03° C |
08:05:12
Lent :

Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU

20:00 27.04.2024
ELM VƏ TƏHSİL
ads

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb.

Təhsil idarəsindən Publika.az-a verilən məlumata görə yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.

Yoxlamalar nəticəsində təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlara əsasən, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının müdiri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdirilir.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az