Növbəti 5 ilin ən azı birində illik orta qlobal temperaturun əvvəlki orta göstəricidən 1,5 dərəcə yuxarı qalxma ehtimalı 80 faizdir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (VMO) Baş katibinin müavini Ko Barret BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında bildirib.
O, təşkilatın növbəti 5 il üçün iqlim proqnozlarına dair hesabatını açıqlayıb. Hesabatda Paris İqlim Sazişində müəyyən edilən iqlim dəyişikliyi ssenarisinin tədricən yaxınlaşdığı barədə xəbərdarlıq edilib. Yəni uzunmüddətli temperatur artımları onilliklər ərzində baş verə bilər.
Həmçinin 2024-2028-ci illər arasında hər il üçün səthə yaxın qlobal orta temperaturun sənayedən əvvəlki baza səviyyəsindən 1,1-1,9 dərəcə yüksək olacağı proqnozlaşdırılır.
Hesabatda yaxın 5 ildən ən azı birində yeni temperatur rekordu qırma ehtimalının 86 faiz olduğu da vuğulanıb.
Roza