İtaliyanın baş naziri Giorgia Meloni “İtaliya üçün süni intellekt” proqramına göndərdiyi videomüraciətdə süni intellekt üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını və hökumət olaraq bununla bağlı qanun layihəsi üzərində çalışdıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Meloni deyib ki, hökumət hazırda təsdiqlənmə mərhələsində olan Avropa tənzimləməsini tamamlayan bəzi prinsip və qaydaların yaradılmasına yönəlmiş qanun hazırlayır:
“Ən təsirli olanı müəyyən etməyi hədəfləyirik. Süni intellektə əsaslanan texnologiyaların istifadəsində səlahiyyətli orqan kimi fəaliyyət göstərəcək ən uyğun qurumu müəyyən etmək üçün çalışacağıq. Süni intellekt sektoru üçün 1 milyard avroluq investisiya fondu yaradacağıq.
Digər tərəfdən, bu gün 5 il müddətinə dövlətin nəzarətində olan italyan müdafiə sənayesi şirkəti “Leonardo”nun rəqəmsallaşma yolu ilə rəqabət qabiliyyəti artırılacaq. Kiber qabiliyyətlərin inkişaf etdirilməsi və süni intellekt də daxil olmaqla innovativ texnologiyalara "Ar-Ge" xərclərinə diqqət yetirəcəyik”.
Aysel Şahmar