27.04.24 | Bakı 26.03° C |
12:04:48
Lent :

İnsan beyni ilə bağlı sensasion iddia: Nəsildən-nəslə böyüyür

16:00 27.03.2024
ELM VƏ TƏHSİL
ads

Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demans riskini azalda bilər.

Publika.az xəbər verir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha böyük olduğu məlum olub.

Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin hipokampus adlanan xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə genişlənib. Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz DeKarli deyib ki, insanların doğulduğu dövr onların beyin ölçüsünə və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir göstərir:

“Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə etdiyimiz nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi xarici təsirlər də rol oynaya bilər. Bu, bütün dünyada on milyonlarla insana təsir edir və dünya əhalisinin qocalması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Gənc nəsillərdə demensiyanın mütləq riski, ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə sayəsində azalır”.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az