09.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Suriyadan ABŞ-a çağırış: Əsəd devrildi, qüvvəsini itirdi, ləğv edin!

09 yan 2025 13:00
DÜNYA
ads

Suriyadakı yeni administrasiyanın Xarici İşlər Nazirliyi ölkədə sabitlik və rifahı təmin etmək üçün ABŞ-ın tətbiq etdiyi və ötən günlərdə yumşaldılan sanksiyaların tamamilə ləğvini tələb edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada sanksiyaların Əsəd rejiminin devrilməsi ilə qüvvəsini itirdiyi və hazırda Suriya xalqına mənfi təsir göstərdiyi bildirilib. Suriyada sabitliyin və rifahın təmin edilməsi üçün bu sanksiyaların tamamilə ləğv edilməsi çağırışı edilib. Məlumatda yeni administrasiyanın ABŞ-ın ölkəyə humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün bəzi enerji və pul köçürmələrinə icazə verən 6 aylıq istisnasını alqışladığı bildirilib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız Suriyadakı yeni proses işığında ölkəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və məhdudiyyətlərə yenidən baxılması lazım olduğunu söyləyib. Fransanın xarici işlər naziri Jan-Noel Barrot Suriyaya humanitar yardımın çatdırılmasına mane olan və ölkənin bərpasını çətinləşdirən Avropa İttifaqının (Aİ) sanksiyalarının tez bir zamanda aradan qaldırıla biləcəyini açıqlayıb.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur