“BakuBus” MMC-yə D kateqoriyalı sürücülük vəsiqəsi olan 1000 sürücü tələb olunur.
Publika.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Qummətov nəqliyyat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, belə bir zərurət 160 elektrik avtobusunun istifadəyə verilməsi və 200 şərti avtobusun xidmətə qaytarılması ilə əlaqədar yaranıb.