Bu ilin fevralın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 599 min 043-ə çatıb.
Publika.az xəbər verir ki, bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, fevralın 1-nə “Azəriqaz”ın əhali sektoru üzrə 2 milyon 555 min 679 yeni abonenti qeydiyyata alınıb: “Bunun 43 min 364-i isə qeyri-əhali sektoru üzrə abonentlərdir”
E.Vəliyev bildirib ki, ilin əvvəlindən Azərbaycanda 6 min 761 yeni abonent qeydə alınıb: “Birliyin bütün abonentləri 100 % tam olaraq sayğaclarla əmin olunub".
O əlavə edib ki, indiyədək 908 min 912 abonent smart-kart tipli sayğacla təmin edilib.