21.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Zelenskinin görüşdə iştirakını istəməyiblər

19 fev 2025 00:00
DÜNYA
ads

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də təmsil olunmasını istəyib, lakin Vaşinqton və Moskva imtina edib.

 

Qutb.az xəbər verir ki, bu barədə "Bloomberg" Ər-Riyaddakı görüşün hazırlıqları ilə tanış olan mənbəyə istinadən yazıb.

 

Mənbə bildirib ki, Səudiyyə şahzadəsi Ukrayna prezidentini görüşün təşkilində krallığın rolu, habelə onun Rusiya və Amerika rəsmiləri ilə danışıqları barədə məlumatlandırmağı planlaşdırır.

 

Zelenski bu gün Ər-Riyaddakı Rusiya-Amerika görüşünün Kiyev üçün “sürpriz” olduğunu etiraf edib: “Biz bu məlumatı mediadan almışıq”. O xatırladıb ki, müharibəni dayandırmaq qərarı Ukraynasız qəbul edilə bilməz.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur