06.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Zelenskinin 6 namizədi var - ADLAR

01 dek 2025 13:00
DÜNYA
ads
Advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının yeni rəhbərini hələ seçməyib və hazırda bir neçə namizəd arasında seçim aparılır.

Qutb.az xəbər verir ki, bu barədə "RBK–Ukraina" nəşri yazıb.

Məlumata görə, ən çox müzakirə olunan dörd namizəd var:

- Müdafiə naziri Denis Şmıqal,

- Baş nazirin birinci müavini Mıxailo Fedorov,

- Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov,

- Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa.

Nəşrin mənbələrindən biri deyib ki, prezident ilk növbədə məhz bu üç şəxsi nəzərdən keçirib, Palisa isə son dövrdə özünü yaxşı tərəfdən göstərdiyi üçün siyahıya daxil edilib.

Baş nazir Yuliya Sviridenkonun Ofis rəhbəri təyin olunması isə “çox ehtimal olunmur”, çünki hakimiyyət artıq yenidən hökumət başçısını dəyişmək istəmir.

Mənbələrdən birinin sözlərinə görə, Zelenski xarici siyasətlə şəxsən məşğul olmaq niyyətindədir və bu istiqamətdə XİN-in rolu artırılacaq. Buna görə də gələcək Ofis rəhbərinin əsas vəzifəsi daxili siyasət olacaq. Prezident ətrafında hesab edirlər ki, bu posta “elitaların qəbul edəcəyi yüksək səviyyəli fiqur” gətirilməlidir, əks halda yeni rəhbər “sistem daxilində tez sıradan çıxarıla bilər”.

Nəşrin digər mənbəsi bildirir ki, namizədlərin siyahısı yalnız bu dörd nəfərlə məhdudlaşmır, daha iki və az gözlənilən namizəd də var.

Yeni təyinatın ən azı Zelenski xarici səfərdən qayıdana - çərşənbə gününə qədər verilməyəcəyi qeyd olunur.əsi yazdığını açıqlayıb və qısa müddət sonra onun vəzifədən azad olunması barədə sərəncam imzalayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur