Ukraynanın əks-hücumu sürətlənəcək - Zelenski söz verdi
Qərb ölkələri Ukraynanın əks-hücum əməliyyatının ləng getməsindən təşvişə düşüb.
Qutb.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşr qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərini hücumun sürət qazanacağını əmin edib. O, Ukraynanın əks-hücumunun sürətini dörd günlük Aspen Təhlükəsizlik Forumunda beynəlxalq təhlükəsizlik liderləri ilə müzakirə edib.
Zelenskinin sözlərinə görə, onlar cəmi bir həftə əvvəl xeyli güc qazanıblar, çünki bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin lazımi miqdarda sursat, silah və lazımi hazırlığa malik döyüşçüləri yox idi.
Əməliyyatın başlanmasının məcburi ləngiməsi Rusiyaya lazım olan ərazini minalamağa və müdafiə xətləri qurmağa imkan verib.
Zelenski deyib ki, bununla belə, cəbhədəki dinamika dəyişmək üzrədir. O, müttəfiqlərə uzun mənzilli raketlərin tədarükünü gücləndirmək və Ukraynanı müasir qırıcılarla təmin etmək xahişini bir daha təkrarlayıb.