Joze Mourinyo son İtaliya çempionu"Napoli"yə rəhbərlik edə bilər.
Publika.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçinin agenti Jorje Mendeş onun Neapolitan klubuna mümkün təyinatı ilə bağlı prezident Aurelio De Laurentis ilə əlaqə saxlayıb.
Yüksək maaş tələbinin danışıqların uğurla yekunlaşmasına mane ola biləcəyi qeyd olunur.
Xatırladaq ki, Mourinyo son iş yeri “Roma”dan yanvarın 16-da qovulub.
Heybət