Hindistanda bəyi keçəl olduğu üçün döyüblər.
Qutb.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Bihar əyalətinin Qaya rayonunda nikah mərasimi zamanı keçəl olduğu ortaya çıxan bəy gəlinin ailəsi tərəfindən zorakılığa məruz qalıb.
Sosial şəbəkələrdə sürətlə yayılan videoda bəyin gəlinin ailəsi tərəfindən vəhşicəsinə döyülməsi əks olunub. Bəy əllərini qatlayıb ailə üzvlərinə yalvarsa da, gəlinin ailəsi gəncə rəhm etməyib, onu döyməyə davam edib.
Videoda ailə üzvlərinin bəyi təhqir etdiyi də eşidilir.