25.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Tokayev Ərdoğana teleqram göndərdi

25 apr 2025 00:00
DÜNYA
ads
Advertisement

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün Mərmərə dənizi və İstanbul bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək teleqramı göndərib.

 

Qutb.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, teleqramda deyilir: “Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.

 

Xatırladaq ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib. Tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur. Zəlzələnin episentri Mərmərə dənizində olub, 100-dən çox yeraltı təkan qeydə alınıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur