İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir.
QÜTB.AZ xəbər verir ki, bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir.
Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.