02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Paşinyan cini şüşədən çıxartdı - Ermənilər seçim ETMƏLİDİR

30 mar 2025 21:00
DÜNYA
ads
Advertisement

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır” deməklə sanki bilərəkdən cini şüşədən çıxartdı.

Qutb.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Paşinyanın bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə ediblər, bir qrup erməni separatçısı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb.

"Görünür, Paşinyana elə bu lazım idi. Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi.

Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır. Əks halda baş nazir riskə gedib “əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam” ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağa qayıtmalıyıq” yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki, ikinci seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək".

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur