9 may - faşizm üzərində Qələbə Günü
ABŞ prezidenti Donald Tramp Kamboca-Tailand münaqişəsinə 24 saat ərzində son qoymağı bacardığını bildirib.
Qutb.az xəbər verir ki, o, ABŞ-ın ticarət tərəfdaşları arasında digər qlobal münaqişələrin qarşısının alınması və dayandırılmasında öz rolunun vacibliyini qeyd edib.
“Mən olmasaydım, hazırda altı böyük müharibə baş verərdi”, - Tramp Şotlandiyada jurnalistlərə deyib.
Donald Tramp bildirib ki, o, ABŞ-la ticarət sazişi imzalamaq üçün ölkələrin atəşkəslə razılaşmasını şərt qoyub.
Ağ Ev rəhbəri Kamboca və Tailand arasındakı münaqişədən əlavə Ruanda ilə Konqo Demokratik Respublikası (DRC) arasında qarşıdurmanı xatırladıb. Tramp adlarını çəkdiyi hər iki münaqişə tərəfinin onun tələbləri ilə razılaşdığını bildirib.